Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


07.02.2017  11:26 

Qaradağda püskürən vulkandan - Fotolar + Video





A+  A-


Xəbər verdiyimiz kimi, fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda - Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında vulkan püskürüb.

XəzərNews.az xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov Azərtac-ın hadisə yerində olan müxbirlərinə bildirib ki, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Vulkan iki fazada püskürüb. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib.

Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib. Tədqiqatçı deyib ki, ikinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb. “Otman bozdağ” vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib.

“Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir. 

Qaradağda püskürən vulkandan  -  Fotolar + Video
Qaradağda püskürən vulkandan  -  Fotolar + Video
Qaradağda püskürən vulkandan  -  Fotolar + Video
Qaradağda püskürən vulkandan  -  Fotolar + Video
Qaradağda püskürən vulkandan  -  Fotolar + Video



Xəbər 1491 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +