Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


28.01.2025  12:30 

Tənzilə Rüstəmxanlının Hacı Şahinlə bağlı açıqlaması... -Bəyanat





A+  A-

“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə xanımın fikirləri geniş şəkildə işıqlandırılmayıb. Belə ki, onun şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib”.

XəzərNews.az xəbər verir ki, bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlməsi də olmayıb.

“Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

Xəbər 1474 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +