Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


19.12.2022  12:00 

Vardanyan Əsgərana gedir, Şuşa-Xankəndi yolunda aksiya davam edir





A+  A-

Qondarma rejimin öndə gedənlərindən Ruben Vardanyan bu gün Əsgərana gedəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Ruben Vardanyan öz facebok səhifəsində bildirib.

"Bizim başqa yolumuz yoxdur, bu çətinlikləri aradan qaldırmağın yeganə yolu bir-birimizə inanmaq, bir-birimizə hörmət etmək və birlikdə irəliləməkdir", - deyə Vardanyan bildirib.

Qeyd edək ki, Azərbaycanın QHT fəallarının Şuşa-Xankəndi yolunda başladığı etiraz aksiyası 8 gündür davam edir.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən aksiya dekabrın 12-də səhər saatlarında başlayıb.

Aksiya iştirakçıları Şuşa-Xankəndi yolu üzərində çadır quraraq dinc şəraitdə tələblərinin yerinə yetirilməsini gözləyirlər.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır.

Dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

XəzərNews.az

Xəbər 1151 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +