Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


06.12.2021  12:06 

“Dövlət başçılarına həmişə bunu söyləmişəm...” - Əziz Səncər





A+  A-

“Elm sahələrinə sərmayələr qoyulmalıdır. Bunun həm öz ölkəmizə, həm türk dünyasına, həm də bütün insanlara faydası var. Mən dövlət başçıları ilə görüşlərimdə həmişə bunu söyləmişəm”.

XəzərNews.az xəbər verir ki, bunu kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər jurnalistlər üçün brifinqdə deyib.

Ə.Səncər qeyd edib ki, son beş ildir əlimdən gələn qədər türk dövlətlərini ziyarət edirəm:

“Hər dəfə də görüşlərdə deyirəm: Uşaqlara dəqiq elmlər haqqında biliklər verilməlidir”.

Ə.Səncər qeyd edib ki, texnologiyadan əlavə, dəqiq elmlərə və təbiət elmlərinə sərmayə qoyulması vacibdir:

“Bütün türk dövlətlərini elmə böyük sərmayə qoymağa çağırıram. Silah və ya digər hərbi texnikaları pulla satın almaq olar. Lakin onlar sıradan çıxsa peşəkar kadr olmasa yarıyolda qalarsınız. Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır”.

Xəbər 1430 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +