Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


24.10.2018  16:25 

““Qoca” mənə qaçacağını demədi” - Fədayə Laçın





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə F.Hacıyevin vəkili Elçin Əliyev deyib ki, məhkəmədə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər. Xahiş edirəm, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası keçirilsin".

Müğənni F.Laçının vəkili Türkel Süleymanlı "Qoca" qatardan qaçarkən istifadə etdiyi açarın maddi sübut kimi istintaq orqanından alınmasını istəyib.

F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".

Məhkəmə vəsatəti təmin etməyib. Proses oktyabrın 29-da davam etdiriləcək.

Xəbər 1799 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +