Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


02.02.2017  15:02 

Azərbaycan İsam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək





A+  A-


Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün işlər həll olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir qeyd edib ki, 57 İslam ölkəsindən idmançıların IV İsam Həmrəyliyi Oyunlarında iştirakını təmin etmək əsas vəzifəmizdir.

“Artıq 50 ölkədən təsdiq cavabı almışıq və onlar iştirak edəcəklər. Qalan 7 ölkənin bəzilərinin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Çalışırıq ki, onlara da kömək edək və onları da oyunlara cəlb edək”.

A.Rəhimov bildirib ki, hazırlıq prosesində növbəti addımımız nəqliyyat sistemi ilə bağlı işlərdir. Bu, çox vacib bir sistemdir. Birinci Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa yol axtarıb bunu həyata keçirməliyik. Bu yollar da tapılıb. Yəni, daha ucuz və əlverişli vasitə var. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsınlar, onlar yarış məkanlarına çatdırılsınlar. Nazir əlavə edib ki, bütün idman komplekslərində işlər gedir, çatışmayan avadanlıqlar sifariş olunub”.



Xəbər 1693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +