Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


06.12.2019  10:58 

Vahid Mustafayevdən ETİRAZ: “Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?”





A+  A-

Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək.
Qeyd edək ki, 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

XəzərNews.az xəbər verir ki, fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev 102 FM-in satışı ilə bağlı Haqqin.az saytına danışıb.

“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi satışa çıxarılıb. Halbuki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda FM radiolarian sayı elə də çox deyil. Buna görə FM diapazonunda çoxlu istifadə olunmayan radiotezliklərdən istifadə edərək 30-40 radiostansiya yaratmaq olar. Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?”

Vahid Mustafayev ANS-in açıqlaması ilə bağlı məsələnin də sirr pərdəsi altında olduğunu vurğulayıb.

“ANS-in fəaliyyətinin bərpa olunması daha bir sirli məsələdir. ANS-in bütün komandası həm ölkə daxilində, həm də ölkə xaricində öz yerindədir və Azərbaycan xalqının sevimli telekanalının yayımı bərpa etməyə hazırdır. Amma təəssüf ki, yayımın bərpa olunması barədə qərarı biz vermirik”.

Xəbər 2542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +