Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


20.04.2024  17:25 

Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia





A+  A-

Azərbaycanlı xeyriyyəçi Hacı Nuranın Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” filmində yaratdığı “Zülfüqar ağa” obrazı ilə tanınan Xəlil İbrahim Kalaycıoğluya “Buggatti” hədiyə etməsi müzakirəsiz ötüşmədi.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, “Buggatti” dünyanın ən prestijli avtomobil markalarından biridir. O şəksiz dünyanın ən sürətli maşını sayılır. Hazırda Azərbaycanda “Buggatti” istifadə edənlərin sayı olduqca azdır. Ölkədə bu bahalı və sürətli maşına sahib olanlar bir əldəki barmaqların sayı qədər deyil. Bunun da çox sayda səbəbi var. Əvvəla, “Buggatti” çox bahadır, onun qiyməti 1 milyon manatdan başlayır. Digər səbəb isə odur ki, ölkəmiz bu sürətli maşını idarə edəcək yol infranstrukturuna sahib deyil.

Ortaya sual çıxır: Heç bir yerdə işləməyən, rəsmi gəliri olmayan Hacı Nuran hansı pulla türkiyəli aktyora bu qədər bahalı avtomobil hədiyyə edə bilir?

“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Hacı Nuranın yaxın çevrəsinə daxil olan şəxslərdən biri “Buggatti” məsələsinə aydınlıq gətirib. Qeyd edib ki, hacı kiməsə 1 milyon manatlıq hədiyyə verəcək maddi gücə sahib deyil. Onun sözlərinə görə, Hacı Nuranın missiyası birinin hədiyyəsini digərinə çatdırmaqdır.

Məlumatlı şəxs deyir ki, Azərbaycanda pərəstiş etdiyi sənət adamına bir milyon manatlıq hədiyyə vermək iqtidarında olan şəxslər var. Amma onlar hədəfə tuş gəlməmək üçün bu hərəkətlərini publik şəkildə icra etmirlər. Belə məqamda onların köməyinə Hacı Nuran çatır. Onlar özlərinin bahalı hədiyyələrini Hacı Nuranın vasitəsilə sahibinə çatdırırlar.

Həmsöhbətimiz ağlasığmaz iddia ilə çıxış edib. Bildirib ki, bu cür mərasimlər çox vaxt şəkil çəkdirməkdən o yana getmir:

“İnsanlar bir araya gəlib şəkil çəkdirir, sözdə hədiyyələrini təqdim edir, sonra da işlərinin arxasınca gedirlər. Adı da olur ki, filankəsə bahalı hədiyyə təqdim edildi. Filankəs həmin hədiyyəni ancaq bir dəfə - şəkil çəkdirəndə görür”.

Xəbər 6017 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +