Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


30.09.2019  16:59 

“Sovetski” sakinlərinin “kompensasiya dərdi”: ”Mübarizəni davam etdirəcəyik” + VİDEO





A+  A-

“Sovetski”də illərdir ki, davam edən söküntü işləri artıq demək olar ki, yekunlaşmaq üzrədir.
Söküntüdən əvvəl bu ərazidə yaşayan sakinlərin isə hazırda evləri söküldüyü üçün onlar ev problemi ilə üzləşib. Belə ki, sakinlərə 1 kvadrat/metr sahəyə görə təyin edilən 1500-2000 AZN kompensasiya məbləğindən cəmi 700-800 AZN, bəzi hallarda isə daha az kompensasiya ödənilib. İndi isə sakinlər, təyin edilən kompensasiyanın tam şəkildə ödənilməsini tələb edir.
Sakinlərin XəzərNews.az-a verdiyi məlumata görə, sentyabr ayının 27-də Prezident Administrasiyasından onlara bildiriblər ki, bu gün, yəni sentyabrın 30-da Baş nazirin müavini Hacıbala Abutalıbov onları qəbul edəcək və problemlərini dinləyəcək. Ancaq sakinlər bu gün Hacıbala Abutalıbovun qəbulunda olmaq üçün bir araya gəlsələr də Baş nazirin müavini onları qəbul etməyib və sakinlərə bildirilib ki, Hacıbala Abutalıbovun qəbulu oktyabr ayının 4-də olacaq.
Sakinlər bildirirlər ki, onların kompensasiya problemi tam həll olunana qədər mübarizəni davam etdirəcəklər.







Xəbər 3465 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +