Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


23.12.2023  17:10 

Qadınları videoya çəkən polkovnik nədən narazıdır?





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi polkovnik Zaur Mirzəyev barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib.

Xəzərnews.az xəbər verir ki, Zaur Mirzəyevin şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq. İş üzrə 2024-cü il aprelin 17-nə məhkəmə baxışı təyin edilib.

Zaur Mirzəyev 2022-ci ilin avqustunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zaur Mirzəyevin barəsindəki cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmünə əsasən, o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

FHN polkovniki hökmdən apellyasiya şikayəti verib. Lakin şikayəti təmin olunmayıb.

Zaur Mirzəyev barəsindəki cinayət işi üzrə FHN və iki qadın zərərçəkmiş qismində tanınır./Qaynarinfo

Xəbər 1588 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +