Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


29.03.2018  17:19 

Mətanət İsgəndərlinin üçmərtəbəli villası niyə söküldü...





A+  A-

Əməkdar artist Mətanət İsgəndərlinin üçmərtəbəli villasının sökülməsi barədə xəbər yayılıb. Bildirilib ki, müğənninin Səbail rayonu ərazisində yerləşən mənzili plana düşüb. Əməkdar artist ona verilən məbləğlə razılaşmayıb. Bu səbəbdən söküntü zamanı icra nümayəndələri ilə sənətçi və oğlu Kərimin dava etdiyi iddia olunub.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin Şeyx Şamil küçəsində yerləşən villasının söküntüsünü “Pilot Residence” yaşayış kompleksi həyata keçirib. Belə ki, müğənni sözügedən şirkətlə razılığa gəlib. O, hazırda ailəsi ilə birgə kirayə qalır.

Mövzu ilə bağlı əməkdar artistin mətbuat nümayəndəsi Zəminə Rüstəmova ilə əlaqə saxlanılıb. O, yayılan məlumatı təkzib edib:

“Mətanət xanımın və ailəsinin etirazı şirkətin müqavilə imzalanmadan söküntülərə başlamasına görə olub. O məsələ də həll olundu, istənilən məbləğ ödənildi. Yəni böyük bir problem olmayıb”.

Qeyd edək ki, villanın söküntüsü zamanı icra nümayəndələri ilə mübahisə xəbərini "Bizim Yol" qəzeti yayıb.

Xəbər 1917 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +