Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


10.10.2017  11:07 

Rəşad Sadıqovdan ŞOK AÇIQLAMA: “Bu ləkə ilə yaşamaq istəmirəm” + VİDEO





A+  A-

Azərbaycan millisində Çexiyaya qarşı matçda son oyununu keçirən Rəşad Sadıqov “CBC Sport” kanalında yayımlanan “Bizim futbol” verilişinin qonağı olub.
XəzərNews.az xəbər verir ki, “Qarabağ”ın kapitanı indiyə qədər yığma komandada baş verənlər və haqqında yayılan söz-söhbətlərdən danışıb.

Sadıqov Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Deyirlər ki, Ukraynaya 0:6 uduzduğumuz oyunda soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Orada olan 18 futbolçudan biri çıxsın təsdiqləsin. Mən həmin yerdə olmayacam, adını bilməyəcəm, amma təsdiqləsinlər.

Adamın üzərinə ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq yaşamaq belə istəmirəm. Ən axrıncı variant kimi deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm. Kimin yanında etmişəm? Əgər mən etmişəmsə, digərləri qarşımı almayıbsa, deməli onlar da hörmətsizlik ediblər. Sonradan bunu bilənlər məni cəzalandırmayıbsa, onlar da hörmətsizlik ediblər. Danışılası çox şey var”.


Xəbər 3711 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +