Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


08.05.2017  15:49 

AccessBank bağlanır? - AÇIQLAMA





A+  A-

Son günlər bəzi internet səhifələrində AccessBank-ın bağlanacağı xəbərlər yer alıb.
XəzərNews.az “Marja”ya istinadən xəbər verir ki, AccessBank-dan verilən məlumata görə, yayılmış xəbərlər həqiqətə uyğun deyil:

“Tam əminliklə bildiririk ki, bu məlumatlar tamamilə əsassızdır. Hal-hazırda AccessBank-ın maliyyə vəziyyəti sabitdir və Bank bazar şəraitinə uyğun inkişaf strategiyasını tətbiq edir. Hazırki dəyişkən iqtisadi şəraitə rəğmən mart ayında Bankın kapitalı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə, bir daha təsdiq edir ki, səhmdarları nüfuzlu beynəlxalq təşkilatları olan AccessBank, təsisçiləri tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edir, Azərbaycanın aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq. Həmçinin, qeyd etmək istərdik ki, Bank korporativ bankçılığın və onlayn bankinqin inkişaf etdirilməsi ilə bağlı olaraq filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”.

Əlavə edək ki, AccessBank hal-hazırda Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən yüksək beynəlxalq reytinqə malikdir. Həmçinin, ötən il ərzində Bank yenidən Euromoney və The Banker kimi mötəbər maliyyə nəşrləri tərəfindən Azərbaycanın ən yaxşı Bankı seçilmişdir.

İlin əvvəlindən Bank, “Qayğıkeş Ana”, “Biznesə 5D”, “myAccess Mobile” tətbiqi kimi bir çox yeniliklər təqdim edib.

Yay aylarında da Bank, müştərilərini yeni məhsul və xidmətlərlə, eləcə də yeni kampaniyalarla sevindirəcək

Xəbər 6468 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +