Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.04.2019  13:37 

Sahibkarlara satışda dəstək göstəriləcək - İki nazirlikdən açıqlama





A+  A-

Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana tətbiq edilən gömrük rüsumunu ləğv edib.
XəzərNews.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edildiyi bildirilib.

Qeyd olunub ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.

Xəbər 1603 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +