Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


12.05.2023  13:00 

“Nar” “İmzalı zəng” xidmətini təqdim edir





A+  A-

“Nar”, abunəçiləri üçün zənglərə şəxsi imzasını qoymağa imkanı verən yeni “İmzalı zəng” xidmətini təqdim edib. Belə ki, sizin zənginizi qəbul edən şəxs nömrəniz ilə yanaşı, təyin etdiyiniz mətni yəni, imzanızı da görə bilir. Beləliklə, kim olduğunuz və nə üçün zəng etdiyiniz dərhal anlaşılır.

XəzərNews.az xəbər verir ki, “İmzalı zəng” xidmətinə qoşulmaq üçün abunəçilər 5111 nömrəsinə SMS vasitəsilə START yaza və ya *511#YES şifrəsini yığıb açılan meynuda 1 yazaraq abunəliklərini təsdiqləyə bilərlər.

Korporativ tariflər üçün “İmzalı zəng” xidmətinin aylıq abunə haqqı 1,99 AZN, öncədən ödənişli tariflər üçün isə gündəlik istifadə haqqı 0,10 AZN təşkil edir. Həmçinin, qeyd edilən xidməti sınaq müddətində yoxlamaq imkanı da var: korporativ abunəçilər 30 gün, fərdi istifadəçilər isə 3 gün pulsuz istifadə edə bilərlər. “İmzalı zəng” xidməti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, “Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinə hər zaman innovativ xidmətlər təqdim edir. Mobil operatorun bütün məhsulları haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 1133 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +