İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


30.09.2021  21:00 

Bakının nəqliyyat sistemi niyə çökür?





A+  A-

Bakıda nəqliyyatın hərəkətini və gələcəyini düzgün tənzimləmək lazımdır. Bu gün aparılan xaotik tikinti bumu gələcəkdə metro şəbəkəsinin genişlənməsinə imkan verməyəcək, avtobuslar onsuz da azdır, tramvay və tralleybusu da yarada bilməyəcəyik. Nəticədə Bakı nəqliyyat sahəsində ən geridəqalmış şəhər olacaq.

Bu gün metronun strateji planı olmalıdır. Məsələn, nəzərdə tutulmalıdır ki, 3 ilə filan yerdə stansiya olacaq, 5 ilə filan yerdə. Ən azı 50 illik strategiyanı ortaya qoymaq lazımdır və həmin xətlərin üstündə hündür binaların tikintisinə imkan verilməməlidir. Yoxsa, metro yatır, tikinti bumu da davam edir. Sabah da çıxıb deyəcəklər ki, yeni xətt çəkə bilmirik, imkan yoxdur, hər yerdə binalar var...

Avtobuslara ümid azdır. Bu gün dövlət sahibkarlara normal dəstək olmadığı üçün başda BakuBUS olmaqla bütün şirkətlər zərərlə işləyir. Nəticədə gələcəkdə sahibkarlar geri çəkiləcək, bütün iş dövlətin üzərində qalacaq və milyonlarla xərc ortaya çıxacaq. İndiki dövrdə bu da dövlətə əlavə yük olacaq.

Şirkət ona görə zərərlə işləyir ki, yeni və müasir avtobuslar tələb olunur. Onun da ölkəyə gətirilməsi üçün rüsumlar bahadır, üstəlik, gedişhaqqı bugünkü reallıqları əks etdirmir.

Ən əsas məsələ isə budur ki, Bakının nəqliyyat sistemi bir mərkəzdən qurulmalı və idarə edilməlidir. Yetər artıq, "mənəm-mənəmlik" dövrü bitsin. Yazıqdır bu camaat. Zülm çəkir insanlar. Kimlərsə cibini güdür, öz ambisiyalarını yürüdür. Amma vallah bu insanlara zülm edirsiz. Olmaz, gec-tez partlayacaq...

Elməddin Muradlı



Xəbər 2307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +