Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


07.08.2020  19:23 

“Doğuş zamanı əkizlərimdən biri oğurlanıb” - İddia





A+  A-

Bakıda qadın doğuş zamanı əkiz körpələrindən birinin həkim tərəfindən oğurlandığını iddia edib.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlamasında Namazova Aytən Oqtay qızı bildirib ki, iyulun 31-də Sabunçu rayonu 3 saylı xəstəxanaya doğuş üçün müraciət edib:

“Mən hamiləlik dövründə də UZİ-dən keçmişəm və 6 həftəlik olanda əkiz hamiləlik olduğunu demişdilər. UZİ həkimim elə həmin xəstəxanada Şərqiyyə İbrahimova olub. Doğuşdan öncə uşağın ürək döyüntülərini yoxlamaq üçün mənə aparat qoşdular və əkiz uşaqların olduğunu dedilər. Sancım güclənəndə məni doğuşa götürdülər.

Doğuşdan öncə işçilər bir neçə dəfə məndən evdə uşağım olub-olmadığını soruşurdular. Mən də oğlum olduğunu dedim, bu da məndə şübhə yaratdı. Doğuş zamanı mən uşağın olduğunu hiss etdim, amma mənə oksigen maskası taxdılar, özümdən getdim. Sonra ayılanda dedilər ki, bir qızın oldu. Mən əkiz uşaqlardan birinin satıldığından şübhələnirəm. Polisə də müraciət etmişəm, izahatım alınıb”.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, TƏBİB-ə bu haqda şikayət daxil olmayıb: “Bununla bağlı yəqin ki, hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

Xəbər 9420 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +