Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


24.02.2020  11:07 

Koronavirus neftin qiymətinə təsirsiz ötüşmür





A+  A-

Çin hökuməti yeni növ koronavirus epidemiyası ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirsə də, təhlükəli infeksiyaya yoluxma ilə bağlı xəbərlər dünyanın hər yerindən gəlir. Bu, qlobal maliyyə bazarlarında qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlaması ehtimalından qorxan iş adamlarının əhval-ruhiyyəsinə mənfi təsir göstərir.
XəzərNews.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, təhlükəli yeni tip COVID-2019 epidemiyası ilə əlaqədar qlobal iqtisadiyyat ciddi zərbələrlə üzləşəcək.

“COVID-2019 tez bir zamanda dayandırılsa belə, bu, dünyada və Çindəki iqtisadi böyüməyə təsir edəcək. Ümid edirik ki, sürətli bir şəkildə bərpa prosesi olacaq, amma ən az əlverişli ssenarilərə hazırlaşmaq daha ağıllı olar”, - deyə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin G20 görüşündə söyləyib.

İnvestorlar iqtisadi böyümənin yavaşlamasının neft tələbinin azalmasına səbəb olacağından qorxurlar. Bu səbəbdən, dünya bazarlarında yeni həftənin ilk iş günündə ticarət açılışında “qara qızıl”ın kotirovkaları dağılıb.

Beləliklə, auksiona görə, günün ilk saatlarında “Brent” markallı neftin qiyməti 2,81% azalaraq bir barel üçün 56.31 dollar təşkil edib.

WTI markalı neftin bir barelinin qiyməti bu vaxtadək 2,75% azalaraq 51,91 dollar olub.

Xəbər 2238 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +