Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


23.11.2017  10:06 

Dünyanın ən gənc milyarderi oldu





A+  A-

Onlayn ödəmə sistemi "Stripe" şirkətinin yaradıcısı 27 yaşlı Con Kollison dünyanın ən gənc milyarderləri sırasında 1-ci yerə yüksəlib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Con Kollison və qardaşı 29 yaşlı Patrik 2011-ci ildə "Stripe"ı qurub. Qardaşların sərvətlərinin ümumi dəyəri 1,3 milyard dollardır. Patrik "Snapchat" sosial şəbəkəsinin ortaqlarından biridir.

İrlandiyanın cənubundakı Tipperari adlı 4 min nəfərlik qəsəbədə böyüyən qardaşlar Limerik dövlət məktəbində oxuyandan sonra təhsillərini ABŞ-da davam etdiriblər. Patrik 2007-ci ildə Massaçusets Texnologiya Universitetində riyaziyyat fakültəsində oxumağa başlayıb, Con isə 2009-cu ildə Harvarda qəbul olub. Lakin Kollison qardaşları təhsillərini yarımçıq qoyublar. Onlar hələ 2008-ci ildə "eBay"da ticarəti asanlaşdıran "Auctomatic" tətbiqetməsini hazırlayaraq 5 milyona satmışdılar. "Stripe" şirkəti isə "Tesla"nın sahibi məşhur mühəndis Elon Mask və "PayPal"ın qurucusu Peter Tieldən dəstək ala bildi və böyüdü. "Stripe" hazırda 9 milyard 200 milyon dollar dəyərə, 100 min müştəriyə və 750 işçiyə sahib şirkətdir.

Con Kollison müsahibələrində ona tez-tez verilən "Nə qədər pulun var?" sualına belə münasibət bildirir: "Mənə varlı olandan sonra həyatımın necə dəyişməsi barədə sual verirlər. Zinət əşyaları kolleksiyası və yaxta yarışlarından danışırlar. Lakin mən boş vaxtlarımda qaçmağı sevirəm. Bu olduqca rahat və sadə məşğuliyyət növüdür"

Qeyd edək ki, gənc milyarderlər sırasında Kollison qardaşlarını "Snapchat"ın 27 yaşlı sahibi Evan Spigel izləyir.

Xəbər 1492 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +