Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


30.03.2017  11:23 

Keçmiş deputatlar nə işlə məşğuldurlar…





A+  A-

2010-2015-ci illərdə fəaliyyət göstərmiş 4-cü çağırış Milli Məclisin deputatları, indinin eks-millət vəkilləri hazırda nə işlə məşğuldurlar?
XəzərNews.az bildirir ki, Modern.az saytı bəzi keçmiş deputatlarla əlaqə saxlayıb.

Ceyhun Osmanlı hazırda biznes konsultant olaraq çalışır: “Bu, beynəlxalq əhəmiyyətli iqtisadi layihə dünyanın bir sıra ölkələrində həyata keçirilir. Mən iqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bu sahə həmişə mənim üçün vacibdir. Həm peşəm olaraq, həm də gündəlik fəaliyyət olaraq mənim üçün çox önəmlidir. Həmçinin iqtisadiyyatla bağlı akademik çevrələrdə görüşlərimi, müzakirələrimi və fəaliyyətimi davam etdirirəm. Akademik fəaliyyət, elmi ictimaiyyət mənim həyatımın ayrılmaz bir hissəsidir”.

İlyas İsmayılov isə partiya işləri ilə məşğul olduğunu deyib: “Bildiyiniz kimi mən Ədalət Partiyasının sədriyəm. Fəaliyyətimi də bu istiqamətdə qururam”.

Gülər Əhmədova deyib ki, son vaxtlar səhhətində problemlər var və onların aradan qalxmasına çalışır: “Bu dəqiqə mənim üçün ən vacib məsələ səhhətimlə əlaqədardır. Ümumiyyətlə isə kitab üzərində işləyirəm. Daha çox elmlə və psixologiya ilə məşğulam. Başqa təkliflər də var ki, onları dəyərləndirirəm. İctimai təşkilatlardan təkliflər almışam və onları dəyərləndirməyə çalışıram. Amma hazırda sağlamlığımla bağlı problemlərin həlli ən önəmli məsələdir”.

Qalib Salahzadə deyib ki, hazırda bizneslə məşğul olur: “Mən əvvəl də bizneslə məşğul olurdum. İndi də məşğulam. Bakıda yaşayıram. Hər şey qaydasında gedir”.

Aydın Abbasov deyib ki, hazırda vaxtını övladına həsr etməyə çalışır: “Nə işlə məşğul olduğum barədə isə heç nə demək istəmirəm”.

Ərəstun Cavadov isə heç bir işlə məşğul olmadığını bildirib: “Mən indi pensiyaya çıxmışam. Bakı şəhərində də yaşayıram”.

Elton Məmmədov deyib ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur: “Mən deputat olanda da bu işlə məşğul olurdum. Hazırda Azərbaycan Texniki Universitetində işləyirəm. Bakı şəhərinin sakini kimi burada da yaşayıram”.

Xəbər 1796 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +