İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


03.03.2017  11:54 

Deputatın obyektində “gestapo“ yaradıb - İşçiləri cəzalandırır





A+  A-

“Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı son vaxtlar ciddi məsələlər ortaya çıxıb. Hətta vətəndaşın 300 minlik əmlakının əlindən alınması ilə bağlı məsələ ortaya çıxandan sonra vergi və audit yoxlamasının fəaliyyətə keçdiyi bildirilir. Və ortada böyük faktların mövcud olduğu vurğulanır.
Maraqlıdır ki, “Ştutqart” mağazalar şəbəkəsinin rəhbərliyi özləri üçün yaranmış arzuolunmaz vəziyyətdən çıxmağa çalışdıqları bir vaxtda işçilərə qarşı da xoşagəlməz addımlar atmaqda davam edirlər. Belə ki, işçiləri cərimələmək, onlara töhmətlər vermək kimi addımlar atırlar. Kivnews.com-un əldə etdiyi məlumata görə, ötən ay “Ştutqart” MMC-nin 15 nəfərə yaxın əməkdaşı müxtəlif məbləğdə cərimə olunublar. Bu şəxslər arasında Qubad, Səməd, Şırxan, Nicat və adlarını öyrənməyə çalışdığımız digərləri 200 və 100 manat məbləğində cərimələniblər. Hətta hansısa xırda bir məsələyə görə, bir neçə nəfər işçinin işdən azad olunduğu da bildirilir. Vurğulanır ki, bəzi işçilərin cərimə olunması digər işçilər arasında olan mübahisənin niyə rəhbərliyə xəbər verilməməsi ilə bağlıdır.
Qeyd edək ki, “Ştutqart” mağazalar şəbəkəsi Milli Məclisə Masallı rayonundan deputat seçilmiş Nəriman Əliyevə məxsusdur. Amma bütün işləri “Ştutqart” MMC-nin direktoru vəzifəsini yerinə yetirən, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev icra edir.
Qeyd olunanlarla bağlı MMC-nin mərkəzi ofisindən Orxan müəllim bildirdi ki, bele bir fakt mövcud deyil.

(Kivnews.com)


Xəbər 3889 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +