İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


02.03.2017  20:56 

Ana bətnində uşağın cinsi dəyişilə bilər





A+  A-

Amerikalı alimlər gələcək uşağın cinsini dəyişməyə imkan verən “supergen”i tapıblar.
XəzərNews.az sputnik.az-a istinadən xəbər verir ki, bu qeyri-adi geni dişilərlə erkəklərinin zahirən bir-birindən fərqləndiyi skarabey böcəkləri üzərində öyrənmək mümkün olub. Misal üçün, “centlmen” böcəklərin dişilərin diqqətini çəkmələri üçün buynuzları olur. Dişilərinsə buynuzu yoxdur, amma onların yeri qazmaq və yumurtalarını qoymaq üçün güclü pəncələri var. Genetiklər əmindirlər ki, bütün bu zahiri dəyişikliklərin arxasında DSX adlanan gen dayanır. Erkəklərin DNT-sində o, həlqənin müxtəlif sahələrin 1000-dən artıq işinə görə cavabdehdir, dişilərdə isə bu, 250-dir.

DSX geni özü-özlüyündə erkək əlamətlərinin dişilərdə, dişi əlamətlərinin isə erkəklərdə təsadüfən üzə çıxmasının qarşısını alır. Lakin tədqiqat zamanı məlum olub ki, məhz bu gen dişi və erkək böcəklərin minlərlə digər DNT-lərinin işinə nəzarət edir. Bu genlər böcəklərin inkişafının müxtəlif mərhələlərində işə qoşulur və demək olar ki, ömür boyu onların orqanizmlərində gedən prosesləri idarə edir.

Tədqiqatlar zamanı alimlər böçəyin DSX genini söndürüblər və nəticədə həm dişi, həm də erkək xüsusiyyətlərini birləşdirən “hermafrodit” alıblar. Bu genin quruluşunu dəyişdirmək və onu qadın genindən kişi geninə, yaxud da əksinə çevirmək mümkündür. Alimlər bildiriblər ki, analoji gen digər həşəratlarda da var. Onların analoqları isə daha mürəkkəb orqanizmlərdə, eyni zamanda məməlilərdə və ola bilsin insanlarda mövcuddur. Hazırda alimlər DSX genini öyrənməyi davam etdirmək niyyətindədirlər. Onlar bu genin insanın rüşeyminin inkişafına necə təsir etdiyini öyrənməklə məşğuldurlar. Əgər hər şey yolunda getsə, DSX geninin funksiyasını dəyişməklə rüşeym halında olan insan dölünün cinsini dəyişdirmək mümkün olacaq.

Xəbər 3585 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +