“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.09.2017  18:37 

“Onu tanıdığım günə daş düşərdi…” - Camaata 1 milyon “atıb”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Zərərçəkmişlərdən biri, “Azərsun” Holdinqin PR meneceri Kamran İsmayılov E.Salmasiyə 100 min manat verdiyini deyib:

“Eldarla məsləhətləşdim, evimi satıb pulu ona verdim. Sonra lazım olduğu üçün 25 mini geri aldım. Fikrimiz bu idi ki, dollar alıb saxlayaq, sonra dollar bahalaşanda satıb pul qazanaq.

Tikinti şirkətlərin birində icraçı direktor olan Elmir Allahverdiyev də dolları satıb əlavə qazanc əldə etmək üçün Eldar Salmasiyə 300 min manat verdiyini deyib: “Eldarı tanıdığım günə daş düşərdi”.

“Akkord” şirkətində tikinti mütəxəssisi işləyən İdris Mollayev uzaq qohumu olan E.Salmasiyə 48 min dollar verib: “O mənim pulumu baha qiymətə dollara dəyişəcəkdi”.

Maşın alverçisi Kamandar Quliyev də təqsirləndirilən şəxsə 23 min 800 dollar verdiyini deyib.
Proses sentyabrın 15-də davam etdiriləcək.

İttihama görə, "Zaminbank" ASC-də xəzinədar işləyən Eldar Salmasi bir neçə şəxsdən ucuz qiymətə dollar satmaq adı ilə 1 milyon manata yaxın pul alaraq qaytarmayıb. E.Salmasi özünü təqsirli bilməyib və pulu borc üçün aldığını deyib.

Xəbər 2385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +