Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.05.2021  19:15 

Evə raket düşməsi nəticəsində iki israilli həlak oldu





A+  A-

"İzzəddin əl-Qəssam Briqadaları" (Qəzza Zolağını idarə edən HƏMAS hərəkatının döyüş qanadı) qruplaşması İsrailin Aşdod və Aşkelon şəhərlərinə raket zərbələri endirdiyini açıqlayıb. Aşkelona Qəzza zolağından atılan raket hücumları nəticəsində iki İsrail mülki vətəndaşı həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Bundan əlavə daha dörd nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, ötən gündən etibarən Qəzza zolağında gərginlik artıb, 9-u uşaq olmaqla 20 fələstinli həlak olub, yaralı sayı 100-ə çatır. İsrail ordusu Qəzza sektorundan İsrail ərazisinə raketlər atıldığını bildirib və buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirildiyini açıqlayıb.



Xəbər 2507 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +