Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.06.2020  08:43 

Bu ölkədə kütləvi tədbirlər oktyabrın sonunadək ləğv edildi





A+  A-

Almaniyada bütün kütləvi tədbirlər koronavirus səbəbindən oktyabrın sonunadək ləğv edilib.
XəzərNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Markus Zeder açıqlayıb.

“Böyük tədbirlərlə bağlı biz bir daha açıq şəkildə bildirdik ki, qadağa oktyabr ayına qədər davam edəcək”, - Zeder deyib. O əlavə edib ki, payızda, karnaval mövsümü ərəfəsində hökumət yenidən bu məsələni müzakirə etmək niyyətindədir.

“Şəxsən mən bu məsələdə çox ehtiyatlıyam, amma daha sonra baxacağıq”, - o deyib.

Daha əvvəl Almaniya hökuməti 1000-dən çox adamın iştirakı ilə keçirilən kütləvi tədbirlərin koronavirus pandemiyası səbəbindən avqustun sonunadək ləğv ediləcəyi barədə bildirmişdi. Bununla əlaqədar olaraq, Almaniyada artıq hər il keçirilən sərgilər, musiqi aksiyaları, eləcə də Bavariyadakı “Oktoberfest” pivə festivalı da ləğv edilib.

Qeyd edək ki, indiyədək Almaniyada 188 544 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 8 910-u vəfat edib, 173 600-ü sağalıb. Tibb müəssisələrində 6 034 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 419-nun vəziyyəti ağır qiymətləndirilir.

Xəbər 1614 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +