Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.06.2020  10:08 

Ərdoğan və Putin telefonla nə danışıb?





A+  A-

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığının əsas mövzusu Liviyada vətəndaş müharibəsinin sona çatması və atəşkəsin bərpası olub.
XəzərNews.az “Milliyet”ə istinadən xəbər verir ki, söhbət zamanı regional məsələlər, xüsusilə Liviya və İdlibdə baş verən hadisələr, koronavirus pandemiyasına qarşı mübarizə və epidemiyadan sonrakı dövrdə atılacaq addımlar müzakirə olunub.

Telefon danışığı zamanı Putin Liviyada atəşkəsin əhəmiyyətinə diqqət çəkib. Ərdoğan isə “Atəşkəsi pozan Sərrac deyil, Həftardı. Həftar da sizdən güc alır” cavabını verib.

Ərdoğan Putinə Həftarın tənəzzülə uğraması və beynəlxalq ictimaiyyətdəki nüfuzunu itirməsini nümunə gətirərək onun legitim bir qüvvə olmadığını bildirib.

Putinin xatırlatdığı sözügedən qərarlarda “silah embarqosu”nun tətbiqi ilə əlaqəli məqalələrin olduğunu qeyd edən Ərdoğan, Həftara heç bir embarqonun tətbiq olunmadığını və əksinə dəstək verildiyini bildirib. Türkiyə Prezidenti bütün bu dəstəklərə baxmayaraq, Həftarın məğlubiyyətinin davam etdiyini qeyd edib.

Xəbər 1704 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +