Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.02.2020  19:21 

Əşrəf Qəni yenidən prezident seçildi





A+  A-

Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qəni yenidən prezident seçkilərinin qalibi olub.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (MSK) sədri Havu Ələm Nuristaninin açıqlamasında deyilir. O bildirib ki, Qəni seçicilərin 50,64%-nin səsini toplayaraq ikinci müddətə prezident seçilib.

Səsvermənin nəticələrinə görə, ikinci yeri 39,52% səslə Abdulla Abdulla, üçüncü yeri 3,85% səslə Gülbəddin Hikmətiyar tutub.

Qeyd edək ki, MSK-nın nəticələri elan etməsindən sonra Abdulla “Facebook” səhifəsində bununla razılaşmayaraq səslərin yenidən hesablanmasını tələb edib.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri ötən il sentyabrın 28-də keçirilib. İlkin nəticələr elan olunduqdan sonra Əfqanıstanın Şikayətlər və İradlar Komissiyasına 16,5 min şikayət daxil olmuşdu.

Xəbər 1524 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +