Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.09.2021  09:18 

“Bu, həm ABŞ, həm də bütün dünya üçün təhlükə kəsb edir”





A+  A-

İqlim dəyişiklikləri hazırda həm Amerika Birləşmiş Ştatları, həm də bütün dünya üçün təhlükə kəsb edir.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “İda” qasırğasının vurduğu zərərin qiymətləndirilməsi üçün ölkənin şimal-şərqinə səfəri zamanı bildirib.

“Biz alimlər, iqtisadçılar, milli təhlükəsizlik mütəxəssislərinə qulaq asmalıyıq, onlar hamısı deyir ki, ölkə və dünya təhlükədədir”, - o, Nyu-Yorkun Kuins rayonunda mitinqdə çıxış edərkən deyib.

“İqlim dəyişiklikləri həyatımız, iqtisadiyyatımız üçün ekzistensial təhlükə yaradır və bu təhlükə artıq gəldi, yaxşı olmayacaq”, - Bayden qeyd edib.

Onun fikrincə, hazırda nəinki zədələnmiş və ya dağılmış infrastrukturu bərpa etmək, həm də ölkədə getdikcə daha çox baş verən fövqəladə hava hadisələrini nəzərə almaqla yeni obyektlərin tikintisi vacibdir.

Qeyd edək ki, sentyabrın 1-də “İda” qasırğası ABŞ-ın şimal-şərq ştatlarına çatıb. KİV-in hesablamalarına görə, təbii fəlakət qurbanlarının ümumi sayı 60-ı ötüb.

Xəbər 2030 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +