Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.12.2017  20:57 

Alpinistlərin axtarışı ilə bağlı son məlumat





A+  A-

“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları bu gün də davam etdirilib. Lakin təəssüf ki, hələlik bir nəticə yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

O qeyd edib ki, axtarışların aparıldığı ərazi çox böyükdür:

“Hər gün səhər saat 06.00-dan axtarışlara başlayırıq. Hava şəraitini nəzərə alaraq axtarışlara axşam saat 18.00-da fasilə veririk. Axtarışların aparıldığı ərazi çox böyükdür. Orda elə yerlər var ki, qarın qalınlığı 8-10 metrdir. Biz çox çətinliklə həmin əraziləri yoxlayırıq. Lakin təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur. Axtarışları sabah səhər saat 6-da yenidən davam etdirəcəyik”.



Xəbər 1026 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +