Ukraynanın 4 vilayətində partlayışlar törətmək istəyənlər saxlanılıb
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb


20.06.2017  15:08 

Bir milyonluq dövlət əmlakı satıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
XəzərNews.az xəbər verir ki, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.

Özəlləşdirilən əmlaklar səhiyyə, pampıqçılıq sahəsinə aid olmaqla yanaşı ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa” kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kv.m, ümumi faydalı sahəsi isə 1271 kv.m təşkil edir.

Xəbər 1720 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +