“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


17.04.2025  11:21 

“Sülh müqaviləsi Mehri dəmir yolu işə düşdüyü anda imzalana bilər” – Mübariz Əhmədoğlu





A+  A-

“Mehri dəmir yolu işə düşdüyü anda onun sonu və ya başlanğıcında sülh müqaviləsi imzalana bilər”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, N.Paşinyan hökumətinin Azərbaycanla bağlı mövzularda prosesləri yubadıb, sonra birdən-birə tələsməsi artıq ənənəyə çevrilib:

“Hədsiz çox misal gətirmək olar. Dünən axşam saatlarında Ermənistan xarici işlər naziri A.Mirzoyan Azərbaycanla hətta sülh müqaviləsi imzalanmamış belə kommunikasiyaları açmağa hazır olduqlarını bildirdi. Bu, Ermənistanın könüllü qərarı deyil, Aİ məcburiyyətinin nəticəsidir. Kommunikasiyanın açılması barədə dedikləri bir qrup söz yığınından başqa bir şey deyil. Çünki Mehri dəmir yolu tikilməyib”.

Poltoloq qeyd edib ki, 2020-ci ilin 10 noyabrında ilk mövzu Mehri dəmir yolunun açılması idi:

“Bəlkə də 2020-ci ilin 11 noyabrında N.Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamaq istəsəydi daha çox şeyə nail ola bilərdi. Yubatdıqca N.Paşinyan itirir və zaman keçdikcə itirəcək. Çünki N.Paşinyan tək manipulyator yox, digər keyfiyyətləri də ortadadır. N.Paşinyan Avrokomissiyanın keçmiş prezidenti Şarl Mişeli aldatdı. Onun vasitəsilə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündə o Mehri dəmir yolunu tikəcəyini rəsmən vəd vermişdi. Mehri dəmir yolunun tikilməsi üçün iki il vaxt lazımdır. Siyasi danışıqlar bu müddətə bitə bilər, amma sonradan nəinki Ş.Mişeli, Aİ-nin digər yüksək çinli rəsmilərini də aldatdı. Avropalılar çox asanlıqla onun qabağında əyilib, yalanlarını müntəzir şəkildə dinləyirlər. Azərbaycan N.Paşinyanı və digər erməniləri tanıyır”.

M.Əhmədoğlu qeyd edib ki, Mehri dəmir yolu N.Paşinyanın müstəqil siyasət apara bilmək qabiliyyətini də ortalığa qoyacaq:

“N.Paşinyan bu gün daha çox İrandan asılı vəziyyətdədir. İranın da əsas mövqeyi Zəngəzur koridoru ilə bağlıdır. Mehri dəmir yolu həm də Zəngəzur koridoru deməkdir. Mehri dəmir yolu Azərbaycanın mülkiyyətidir. Bunun da cavabını N.Paşinyan ortalığa qoymalıdır. Mehri dəmir yolunun işləməsi o yolun tikintisi zamanı Azərbaycan şirkətlərinin Ermənistan ərazisində tikintini aparmasından çox asılıdır. Mehri dəmir yolu tam, bütün funksiyaları ilə işə düşdüyü anda onun sonu və ya başlanğıcında sərhəddə sülh müqaviləsi imzalana bilər. N.Paşinyan özünü aldatmaqdan əl çəkməlidir və səmimi, normal insan olmalıdır. Qərarı da məhz bu keyfiyyətdə qəbul etməlidir”.


Xəbər 1507 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +