Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?
Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı


28.02.2025  10:17 

Sürət yarışına çıxanlar SAXLANILDI





A+  A-

İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıblar.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

Xəbər 2135 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +