Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


14.07.2023  09:19 

Sabirabadda əməliyyat: 44 nəfər saxlanılıb





A+  A-

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən ümumilikdə 44 nəfər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu bardə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslərdən 36-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən ümumilikdə 20 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və marixuana, eləcə yaş çəkisi 100 kiloqram olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 318 ədəd çətənə bitkiləri çıxarılıb.

Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1216 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +