Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.02.2019  18:03 

“Vaxtında məlumat verilsəydi...” - Qurban Qurbanov





A+  A-

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməyib.
XəzərNews.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla fanat.az-a açıqlamasında bütün komitə üzvlərinin iclasa dəvət olunduğunu bildirib. Bəs Qurbanov toplantıya niyə qatılmayıb?

Bununla bağlı mütəxəssis özü açıqlama verib: “İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim”.

Qurbanov “Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı” sualına belə cavab verib: “Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub”.

Qeyd edək ki, İcraiyyə Komitəsi Nikola Yurçeviçi milli komandamıza baş məşqçi təyin edib.

Xəbər 1556 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +