Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


25.01.2021  22:51 

Azərbaycan kubokunda sensasiya - Video





A+  A-

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
XəzərNews.az xəbər verri ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda digər əyalət təmsilçisi “Qəbələ”ni qəbul edib. Elita təmsilçisi bu oyunda 2:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

“Zirə” birinci divizionda çıxış edən “Qaradağ Lökbatan”ın qonağı olub və darmadağınla mərhələ adlayan tərəf olub - 4:0.

“Sabah” isə “Kəpəz”i sınağa çəkib. Qarşılaşmada hesabı Premyer Liqa təmsilçisi açıb. Lakin Gəncə klubu qalan dəqiqələrdə iki qol vurmaqla kubokda sensasiyaya imza atıb və elita təmsilçisini mübarizədən kənarlaşdırmaqla 1/4 finala yüksəlib.

İlk oyun günündə “Zaqatala”nı 3:2 hesabıyla məğlub edən “Səbail” ölkə kubokunda 1/4 final mərhələsinə yüksələn ilk komanda adını qazanmışdı.

Azərbaycan kuboku
1/8 final
25 yanvar

Turan Tovuz – Qəbələ 0:2
Qol: S.Vukçeviç, 32. C.Adeniyi, 45+2.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu, 14:00.

Qaradağ Lökbatan – Zirə 0:4
Qol: N.Andelkoviç, 12. D.Volkov, 27; 45+1. M.Qurbanlı, 33.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Bakı. “Dalğa Arena”, 16:00.

Sabah – Kəpəz 1:2
Qol: F.İvanoviç, 45+1 – S.Qurbanov, 68. Ə.Səmədov, 84.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Masazır. “Bank Respublika Arena”, 17:00.



Xəbər 2362 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +