Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


04.02.2025  14:14 

Ermənistan niyə sürətlə silahlanır?





A+  A-

Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir.

2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5% həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur, 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Belə ki, İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransa Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığnı nəzərə alsaq, arasında silahların alınması ilə bağlı müqavilələr 400 milyon avrodan artıq olacağını söyləyə bilərik.

Həmçinin, artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var.

Ermənistan sanki, sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir.

Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdı, sadəcə bu revanişist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanı region ölkələri üçün təhdid mənbəyi olaraq qalmasına hesablanıb və İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə, Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar.

Paşinyan silahlı geri verməklə, silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. Yox əgər Ermənistanın Baş naziri yenidən müharibə-müharibə oynamq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq.

Zaur İbrahimli

Xəbər 299 dəfə oxunub.




09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +