Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


28.07.2023  12:08 

Həbsdə olan sabiq icra başçısının cəzası yarıya endirildi





A+  A-

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və onunla birlikdə məhkum edilmiş şəxslərin kassasiya şikayətlərinə baxılıb.

XəzərNews.az xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 4 il 6 aya endirilib.

Bundan başqa Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Mətləb Allahverdiyev, Rəcəb Hüseynov, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Xatırladaq ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.

Xəbər 1098 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +