Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.08.2022  10:04 

İlham Məmmədzadə yeni vəzifəyə təyin olunub





A+  A-

Tanınmış jurnalist İlham Məmmədzadə “Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

XəzərNews.az xəbər verir ki, məlumatı İlham Məmmədzadə özü təsdiq edib.

"Göstərdiyi etimada görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) və "Yeni Klinika” Publik Hüquqi Şəxs rəhbərliyinə öz təşəkkürümü bildirirəm" - deyə İlham Məmmədzadə bildirib.

Qeyd edək ki, "Yeni Klinika" müasirliyi və genişliyi ilə Qafqazın ən böyük tibb müəssisəsidir.

Xatırladaq ki, İlham Məmmədzadə 2007-2008-ci illərdə "Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və "Ekspert” jurnalinda analitik kimi çalışıb.

2000-2010 illər ərzində "Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.

2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2014-cü ildən 2019-cu ilədək isə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.

Son illər isə media, korporativ kommunikasiya və PR üzrə mütəxəssis kimi çalışıb.








Xəbər 1765 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +