Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.04.2025  15:24 

“Hacı Mazan“ qardaşı oğlunu otelindən uzaqlaşdırdı





A+  A-

"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalov özünə məxsus "Viləş Palace Hotel"in qanuni təmsilçisini dəyişib.

Zeynalov Vüqar Məhərrəməli oğlu "Viləş Palace Hotel" MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.

Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.

Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub./Qaynarinfo

Xəbər 1006 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +