Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


06.09.2022  09:01 

Bir gecədə 2 mağazanı qarət etdi





A+  A-

Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1 100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub.

“İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları əşyalar onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1403 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +