Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


05.01.2022  11:40 

Polis də etirazçılara qoşuldu - Video





A+  A-

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimir.

Qazaxıstanın yerli teleqram kanallarına istinadən xəbər verir ki, Aqtöbe şəhərində polis əməkdaşları aksiya iştirakçılarının tərəfinə keçib və aksiyanı dağıtmağı dayandırıblar. Polis əməkdaşları xalqın yanında olduqlarını və xalqa əl qaldırmayacaqlarını bildiriblər.

Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar.

“Протесты в мире” (Dünyada etirazlar) teleqram kanalının məlumatına görə, etirazçılar Almatı vilayətinin hökumət binasını ələ keçiriblər.

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib./“Qafqazinfo”



Xəbər 1692 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +