Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


18.11.2021  10:32 

Milyonçuya çevrilən deputat və partiya sədrinin mülkləri — FOTOLAR





A+  A-

Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələri deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Buna baxmayaraq, Milli Məclisin deputatlarının əksəriyyətinin böyük biznesi mövcuddur. Deputatlar içərisində elə şəxslər var ki, sərvətlərinin dəyəri yüz milyonlarla, milyardlarla ölçülür.

Maraqlıdır ki, Azərbaycanda milyonçuya çevrilən deputatlar içərisində müxalifət partiya sədrləri də var. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev...

Bir zamanlar ağır sosial şərtlər altında kasıb həyat sürən Q.Həsənquliyevin illər sonra oliqarxa çevrilməsi təəccüblü deyil. AXCP sədri Əli Kərimlinin şinelindən birbaşa konstruktiv müxalifətə dönüş edən Q.Həsənquliyev vaxtilə ölkədə əksər sahələrin monopolisti hesab olunan “fövqəl güc”ün himayəçiliyinə verilmişdi. Bu da nəticə! Artıq Qüdrət Həsənquliyev binalar tikir, böyük mülklərə, biznes sahələrinə sahibdir.

Demokrat.az BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sərvətlərindən, milyonluq mülklərindən bir neçəsinin fotosunu əldə edib.

Məsələn, fotoda gördüyünz bu bina Nərimanov rayonu Mövsüm Sənani küçəsində yerləşir. 17 mərtəbəli göydələn müxalifətçi partiya sədrinə məxsusdur. Əməkdaşımızın araşdırması zamanı bəlli olub ki, binadakı mənzillər çoxdan satılıb.

Mirəli Seyidov küçəsində yerləşən səliqəli və zövq oxşayan 4 mərtəbəli bina da Q.Həsənquliyevə məxsusdur. Q.Həsənquliyevin sədri olduğu BAXCP də məhz bu binada yerləşir.

Q.Həsənquliyevə məxsus digər milyonluq mülk Badamdar qəsəbəsində yerləşən villadır.

Qeyd edək ki, partiya sədrinin villasının yanında keçmiş MTN-nin cinayətkar dəstəsinin ən başçılarından olan Akif Çovdarovun və Kəmaləddin Heydərovun himayə etdiyi "media holdinq" rəhbərinin də villaları yerləşir.

Qüdrət Həsənquliyevə məxsus digər milyonluq mülkləri və onun monopoliyaya aldığı biznes sahələri haqqında növbəti yazımızda...








Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +