Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


10.08.2020  15:42 

Beyrutdakı partlayışın ən kiçik qurbanı





A+  A-

Livan paytaxtı Beyrutda 158 nəfərin ölümü və 6000-dən çox insanın yaralanması ilə nəticələnən şiddətli partlayışın ən kiçik qurbanının 3 yaşlı Alexandra Naggear adlı bir qız olduğu məlum olub.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, ilk partlayış zamanı baş verənləri görmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxan Naggear, ikinci partlayış zamanı pəncərə şüşəsinin qırılması nəticəsində ağır yaralanıb. 3 gün xəstəxanada müalicə alan azyaşlı bütün səylərə baxmayaraq həyatını itirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin yerləşdiyi 12 nömrəli anbarda meydana gələn yanğın bütün Beyrutu silkələyən şiddətli partlayışa yol açıb. Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, partlayış nəticəsində ölənlərin sayının 158-ə yüksəldiyi, yaralananların sayının 6 mini keçdiyi bildirilib. Beyrut qubernatoru Mərvan Abbud partlayışın vurduğu zərərin 15 milyard dolları ötə biləcəyini deyib.

Xəbər 1883 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +