Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.11.2017  13:28 

Bu informasiyaların yayılması qadağan olunur





A+  A-

Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına və internet informasiya ehtiyatında yayılması qadağan edilən infromasiyanın yerləşdirilməsi, belə informasiyaların yerləşdirilməsinin qarşısının alınmamasına görə, məsuliyyət müəyyən edilir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, “Telekommunikasiya haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir.
Onun sözlərinə görə, “Telekommunikasiya haqqında”a qanuna yeni bənd əlavə edilir. Bu əlavəyə görə, host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” nəzərdə tutulmuş tədbirlər həyata keçirməlidirlər.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyaların yerləşdirilməsinin qarşısının alınmamasına görə, fiziki şəxslər 500 manatdan 1000 manatdək, hüquqi şəxslər 1500 manatdan 2000 manatdək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə ediləcəklər.

İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən infromasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahı”sına daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatdək, hüquqi şəxslər 2000 manatdan 2500 manatdək cərimələnəcəklər.

Xəbər 1728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +