Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır


12.07.2022  10:42 

Duputat xanım Qurban kəsmir, yaxşı kabab çəkir - Foto





A+  A-

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili seçilən Jalə Əliyevanın Qurban bayramı ilə bağlı açıqlaması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Deputat Jalə Əliyeva mətbuata verdiyi açıqlamada ailəlikcə qurban kəsmədiklərini deyib.

Deputat deyib ki, ilboyu hansısa savab iş görürsənsə və qurbana verilən vəsaiti ehtiyacı olan biri ilə paylaya bilirsənsə, o da özlüyündə qurbandır: “Yəni hansısa canlını kəsib paylamaq yerinə ehtiyacı olan kimsənin faydalı işinə yardım etmək mənim nəzərimcə, daha uyğundur. Hər zaman belə edirəm. Ümumiyyətlə, biz ailəlikcə qurban kəsmirik. Amma onun əvəzinə ianələrimizi veririk”.

Jalə Əliyevanın bu açıqlamasından sonra sosial şəbəkə istifadəçiləri onun 12 il əvvəl mətbuatda yayılan fotosunu paylaşıblar. Deputat kabab çəkərkən çəkilən fotosunun altında bu cümlələri qeyd edib:



“Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkdim”.

Sosial şəbəkə istifadəçilərindən biri yazıb ki, deputat Jalə Əliyeva heyvan kəsilməyinin əleyhinə olduğunu deyib: “Çox gözəl. Amma ikinci şəkil göstərir ki, Jalə xanım kabab yeməyi də, hətta öz əliylə çəkməyi də xoşlayır. Hər iki variant ayrı-ayrılıqda pis şey deyil, amma bir-birinə ziddir. Heyvana yazığı gələn, kəsilməyini istəməyən adam gərək əti də xoşlamasın. Məntiqlə…”/Yeniavaz.com

Xəbər 1639 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +