İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


07.07.2022  12:23 

Avropa Məhkəməsi Rafiq Tağı ilə bağlı qərar verdi





A+  A-

Bu gün Avropa Məhkəməsi mərhum yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarını elan edib.

XəzərNews.az xəbər verir ki, məlumatı hüquqşünas Xalid Ağayev verib.

Məhkəmə hesab edib ki, Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) prosessual baxımdan pozulub.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir.

Məhkəmə işi ərizəçinin əri Rafiq Tağıyevin 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümü ilə bağlıdır. O, xüsusilə İslam dini ilə bağlı tənqidi fikirləri ilə tanınırdı. Onun müəllifi olduğu “Şərq-Qərb araşdırmaları” adlı silsilə məqalələrin dərc olunmasından sonra 2006-cı ildə İranda barəsində dini ölüm fətvası verilmişdi.

R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılıb.

Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd ediblər. Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət edib.

Xəbər 1800 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +