İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


21.09.2021  14:22 

“Baku Steel Company”-nin vergi borcu üç dəfə artıb





A+  A-

Bu ilin martında “Baku Steel Company” QSC-yə yeni menecmentin təyin olunmasından sonra müəssisənin vergi borcu təxminən üç dəfə artıb və 6.3 milyon manata çatıb. Bu barədə “Turan” agentliyi Dövlət Vergi Xidmətinin məlumatlarına istinadən bildirir.

Məlumata əsasən təkcə son bir həftə ərzində hesablanmış və ödənilməmiş vergilərin məbləği 237 min manat təşkil edib. Ötən həftə Bakının Nərimanov rayon məhkəməsi “Baku Steel Company”-yə qarşı ölkə hüdudlarından kənara valyuta vəsaitlərinin çıxarılması iddiasına da baxmağa başlayıb. Belə ki, bağlanmış müqavilə üzrə pullar ödənilib, amma mal qanunvericiliklə nəzərdə tutulan müddətdə daxil olmayıb.

Bildirilir ki, habelə Bakı kommersiya məhkəməsində Mərkəzi Bankın və “Bank Standard” QSC-nin ləğvetmə komissiyasının “Baku Steel Company” tərəfindən alınmış kreditin ödənilməməsi iddiası üzrə işə baxılır.

Maraqlıdır ki, metallurgiya sənayesinin istehsal göstəriciləri bu il xeyli yaxşılaşıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən əmtəə poladının istehsalı ilin səkkiz ayında 15.4 faiz artaraq 188,4 min ton təşkil edib, tikinti armaturunun istehsalı isə 21 faiz artaraq 184,6 min ton olub. “Baku Steel Company” QSC öz istehsal göstəricilərini açıqlamır, hərçənd məlumdur ki, ölkənin şirkət qara metallurgiya sənayesinin aparıcı müəssisəsidir.

Xəbər 2596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +