İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


20.11.2019  15:16 

5 rayonda bu gün qaz yoxdur





A+  A-

Bakının böyük bir hissəsində qazın verilişində fasilə yaranıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, paytaxtın Nərimanov, Səbail, Xətai, Nizami və Suraxanı rayonlarında qazın verilməsində problem yaranıb.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nizami, Xətai və Suraxanı rayonlarında qazın verilməsində fasilə əvvəldən planlaşdırılıb və bu barədə ictimaiyyətə məlumat verilib: “Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənir. Buna görə saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişi dayandırılıb.

Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdirilir. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.
Suraxanı rayonunda isə Qaz-İxrac İdarəsi ana xəttə quraşdırma işləri apardığı üçün qazın verilişi dayandırılıb. Səbail və Nərimanov rayonlarında isə gün ərzində qaz sızması baş verdiyi üçün problemin aradan qaldırılması istiqamətində təmir işləri aparılır. Bu səbəbdən hər iki rayonun bir hissəsində qazın verilməsində fasilə yaranıb”.

104 Qaynar Xətdən bildirilib ki, təmir gedən ərazilərə qazın verilməsi saat 18-də bərpa ediləcək.

Xəbər 1485 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +