Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


25.11.2019  09:32 

İranda 1000-ə yaxın etirazçı saxlanıldı - Yenilənib





A+  A-

İranda aksiyalarda daha 180 nəfər saxlanılıb.
XəzərNews.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar vətəndaşları dövlət əleyhinə çıxışlara çağırmaqda, dövlət müəssisələrinə, polis bölmələrinə və hərbi obyektlərə hücumda günahlandırılır.

Qeyd edək ki, İranda benzinin qiymətinin 50% bahalaşmasından sonra etiraz aksiyaları keçirilir.

**

İranda kütləvi nümayiş və iğtişaşlar zamanı minə yaxın insan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Etiraz aksiyaları ölkənin 1080 şəhər və yaşayış məntəqələrində qeydə alınıb. Nümayişçilərin hüquq mühafizə orqanları ilə toqquşması nəticəsində təhlükəsizlik xidmətinin əməkdaşları ölüb. Ölümlərin böyük qismi etirazçıların neft anbarları və hərbi obyektlərə hücum etmək niyyəti ilə bağlıdır.

Kirmanşah əyalətinin qubernatorunun sözlərinə görə, eyni anda bir neçə terror qruplaşmasının döyüşçüləri İranda etiraz dalğasını alovlandırıb. Qubernatorun qeyd etdiyi kimi, məhz bu insanlar polislərə hücum edib və ictimai mülkü dağıdıb. Qubernator onların qanun qarşısında cavab verəcəklərini bildirib.

Xəbər 1166 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +