Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


03.10.2021  16:58 

İran müdafiə nazirinin təhdidi kimə yönəlib?





A+  A-

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani “düşmənləri İslam Respublikasının sərhədlərində istənilən hərəkətdən çəkinməyə” çağırıb. virtualaz.org xəbər verir ki, nazirin bəyanatı haqda IRNA agentliyi bildirir.

“İran millətinin düşmənləri şübhəsiz ki, istənilən irrasional və məsuliyyətsiz hərəkətlərinə cavab olaraq sarsıdıcı cavab alacaqlar və onlar böyük itkilər verəcəklər”,-müdafiə naziri bildirib.

Bu bəyanat İran ordusunun quru qoşunlarının Azərbaycanla sərhədin yaxınlığında keçirdiyi genişmiqyaslı təlimlər fonunda səslənir. Xəbər verildiyi kimi, İran “Xeybər fatehləri” təliminə on minlərlə canlı qüvvə, çoxsaylı artilleriya vasitələri və zirehli texnika cəmləşdirib. Hərçənd təlimlərə səfərbər edilən texnikanın böyük əksəriyyəti köhnədir, hətta Vyetnam müharibəsi dövründən qalma Amerika texnikasıdır və ya ötən əsrin 60-70-ci illərinə aid Rusiya silahlarıdır.

İran müdafiə nazirinin təhdidinin kimə yönəldiyi dəqiqləşdirilməsə də bu bəyanat Tehranın “sionist rejimin Azərbaycan ərazisində möhkəmlənmək cəhdləri” barədə apardığı təbliğata uyğun gəlir. İran Azərbaycanın İsraillə münasibətlərini bəhanə edərək sərhədə qoşun cəmləşdirir və təlimlər keçirir. Əslində isə aydındır ki, Azərbaycanın öz ərazilərini işğaldan azad edib İranla dövlət sərhədini bərpa etməsi Tehranın regional təsir imkanlarını azaldıb və onu məmnun etməyib. İran Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir və belə görünür ki, “Zəngəzur dəhlizi”nin açılmasını da istəmir.

İran İslam Respublikası öz sərhədləri yaxınlıqda saxta "sionist rejimin" mövcudluğuna və onun təxribatçı hərəkətlərinə, bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək. İRNA agentliyi xəbər verir ki, bunu şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bildirib.



“Qarabağın azad edilməsindən sonra bədbəxt hadisələr baş verib... İsrail bu fürsətdən maksimum istifadə etməyə çalışıb və İranın sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlərində sonra Azərbaycanın bir sıra bölgələrində mövqе qurub", - deyə İranlı nazir dövlət televiziyasının canlı yayımında bildirib. O əlavə edib ki, İran o vaxtdan bəri "sionist rejimin" sərhədi yaxınlığında olmasından narahatlığını ifadə edir. "Bunu diplomatik kanallarımız vasitəsi ilə Azərbaycan hakimiyyətinə də bəyan etdik", - o vurğulayıb.

Xarici işlər naziri İrandan "Ermənistana və Qarabağa enerji resursların tədarükü ilə əlaqədar son problemlərə" işarə edərək, Azərbaycanda iki iranlı sürücünün həbs olunmasını qəbuledilməz adlandırıb.

"Biz Azərbaycanla bağlı vəziyyəti başa düşürük və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq", - o vurğulayıb. "Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük", - deyərək, o əlavə edib ki, xarici oyunçuların Tehranla Bakı arasındakı münasibətlərə təsir etməsinə icazə verilməməlidir./virtualaz.org/



Xəbər 1758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +